RUSİYA

Rusiyalıların 80%-i Putinə güvənir

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi mayın 22-dən mayın 28-dək 18 yaşdan yuxarı 1600 respondent arasında ümumrusiya sorğusu keçirib.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Rusiyalıların əksəriyyəti (80%) Rusiya Prezidenti Vladimir Putinə güvənir, 76,3%-i onun fəaliyyətini təqdir etdiyini bildirib.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) keçirdiyi sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verib.
Dərc edilmiş məlumatlara görə, "Rusiya prezidentinin fəaliyyətini ümumiyyətlə bəyənirsiniz, yoxsa bəyənmirsiniz?" sualına 76,3% "bəyənirəm", 13,7% "bəyənmirəm" cavabını verib.
Bundan başqa, respondentlərin 80%-i Putinə güvəndiyini, 15,8%-i isə güvənmədiyini bildirib.
"ÜİRÖM -Sputnik" təşəbbüsü ilə ümumrusiya sorğusu mayın 22-dən 28-dək 18 yaşdan yuxarı 1600 respondent arasında keçirilib.
Sorğunun metodu stasionar və mobil nömrələrin təbəqələşdirilmiş iki əsaslı təsadüfi seçməsinə əsaslanan telefon müsahibəsidir. Çeçmə Rusiya Federasiyasının ərazisində istifadə olunan telefon nömrələrinin tam siyahısı əsasında qurulub.
Bu təsadüfi (ehtimallı) seçmə üçün 95% ehtimalı olan maksimum səhv ölçüsü yeddi gün ərzində toplanmış məlumatlar üçün (11200 nəfər) 1%-dən çox deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.