RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı

Kupyansk istiqamətində "Qərb" qoşun qrupunun aviazərbələri və artilleriya atəşi Xarkov vilayətinin Berestovo və Masyutovka yaşayış məntəqələri ərazilərində düşmənin bölmələrini vurub.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Rusiya Federasiyası Müdafiə Nazirliyinin xüsusi hərbi əməliyyatın gedişi haqqında günlük hesabatını açıqlayıb.
Bu gecə Rusiya Aerokosmik Qüvvələri Ukraynadakı mühüm hərbi infrastruktur obyektlərini əhatə edən düşmənin hava hücumundan müdafiə sistemlərinə havadan atılan uzaqmənzilli yüksək dəqiqlikli silahlarla qrup zərbəsi endirib. Bütün təyin edilmiş obyektlər vurulub.
Kupyansk istiqamətində "Qərb" qoşun qrupunun aviazərbələri və artilleriya atəşi Xarkov vilayətinin Berestovo və Masyutovka yaşayış məntəqələri ərazilərində düşmənin bölmələrini vurub. "Luqansk Xalq Respublikası"nın Novoselovsko qəsəbəsi ərazisində Ukrayna təxribat-kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb.
Bir sutka ərzində 70-ə qədər ukraynalı hərbçi, üç maşın, bir Qrad RYAS döyüş maşını, həmçinin D-30 və Msta-B haubitsaları məhv edilib.
Xarkov vilayətinin Kislovka kəndi yaxınlığında 103-cü Ərazi Müdafiə Briqadasının sursat anbarı məhv edilib.
Krasno-Limansk istiqamətində əməliyyat-taktiki və ordu aviasiyası, "Mərkəz" qüvvələr qrupunun artilleriyası "LXR"in Kuzmino və Donetsk Xalq Respublikasının Torsko yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini darmadağın edib. 60-dan çox ukraynalı hərbçi, iki pikap, iki "Qvozdika" özüyeriyən artilleriya qurğusu, iki D-20 haubitsası və bir Msta-B məhv edilib.
Donetsk istiqamətində "Cənub" qoşun qrupunun ən aktiv əməliyyatları Avdeevka qəsəbəsi ərazisində həyata keçirilib.
"Axmat" xüsusi təyinatlı dəstəsinin bölmələri Maryinsk taktiki istiqamətində hücum əməliyyatlarını davam etdirir.
Döyüşlər zamanı 50-dən çox ukraynalı hərbçi, dörd zirehli döyüş maşını, iki pikap, üç D-20 haubitsası, iki Qrad RYAS, iki M777 artilleriya sistemi, həmçinin ABŞ istehsalı olan "Paladin" özüyeriyən artilleriya qurğusu məhv edilib.
Cənub-Donetsk və Zaporojye istiqamətlərində "Vostok" qruplaşmasının aviazərbələri və artilleriya atəşi ilə "DXR"in Vodiane, Pavlovka, Zaporoje vilayətinin Malaya Tokmaçka və Şerbaki yaşayış məntəqələri ərazilərində düşmən bölmələri məğlubiyyətə uğrayıb.
Bu ərazilərdə gün ərzində 150-yə qədər Ukrayna hərbçisi, iki avtomobil, Polşa istehsalı olan "Krab" özüyeriyən artilleriya qurğusu, D-20 haubitsası, həmçinin PUA-nın yerüstü idarəetmə stansiyası məhv edilib.
Xerson istiqamətində atəş nəticəsində düşmənin itkiləri 30-dan çox ukraynalı hərbçi, iki pikap, bir Msta-B haubitsası, eləcə də ABŞ istehsalı olan M777 artilleriya sistemi olub.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplarının operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyası 73 rayonda atəş mövqelərində Ukrayna Silahlı Qüvvələrinin 96 artilleriya bölməsini, canlı qüvvəsini və hərbi texnikasını vurub.
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi Xerson vilayətinin Zolotaya Balka qəsəbəsi ərazisində hava hücumundan müdafiə vasitəsi ilə vurulub.
Gün ərzində səkkiz HIMARS reaktiv yaylım atəşi sistemi və bir HARM antiradar raketi ələ keçirilib.
Bundan əlavə, "LXR"in Novodrujesk, Kremennaya, Verxnekamenka, "DXR"in Novobaxmutovka, Vladimirovka, Staromayorsko, Xarkov vilayətinin Sinkovka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus iyirmi doqquz pilotsuz uçuş aparatı məhv edilib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 431 təyyarə, 235 helikopter, 4436 pilotsuz uçuş aparatı, 424 zenit-raket kompleksi, 9356 tank və digər zirehli döyüş texnikası, 1108 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4971 sahə artilleriya qurğuları və minaatan, həmçinin 10598 ədəd xüsusi təyinatlı hərbi maşın zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.