BAKI, 2 iyun — Sputnik. "Qazprom" 2023-cü il iyunun 5-dən 12-dək planlaşdırılan illik texniki xidmət zamanı "Türkiyə axını" ilə qaz nəqlini dayandıracaq. Bu barədə TASS informasiya agentliyi şirkətin məlumatına istinadən xəbər verib.
"Türk axını" qaz kəmərinə planlı illik xidmət işləri iyunun 5-dən 12-dək aparılacaq. Qaz kəmərinin hər iki xətti ilə qaz nəqli bu müddət ərzində dayandırılacaq", - TASS-ın verdiyi məlumatda deyilir.
Qazprom, arxiv şəkli
© AFP 2024 / KIRILL KUDRYAVTSEV
Şirkət qeyd edib ki, planlaşdırılan texniki xidmətin aparılması bütün maraqlı tərəflər tərəfindən əvvəlcədən razılaşdırılıb.
Ötən il "Türk axını" qaz kəmərində planlı profilaktik işlər iyunun 21-dən 28-dək aparılıb.
Rusiya Qara dəniz vasitəsilə Türkiyəyə iki boru kəməri ilə qaz tədarük edir.
"Mavi axın" 2003-cü ilin əvvəlində istismara verilib və onun layihə gücü ildə 16 milyard kubmetr qazdır, ümumi uzunluğu isə 1213 km-dir.
"Türk axını" ixrac qaz kəməri iki xəttdən ibarətdir ki, bunlardan da biri Türkiyə istehlakçılarını, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub.
"Türk axını"nın ümumi gücü 31,5 milyard kubmetrdir. Onun istismarı isə 2020-ci ilin yanvar ayında başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.