RUSİYA

Putin millətlərarası münasibətlər və təhlükəsizlik məsələlərin müzakirəsini təklif edib

Rusiya Prezidenti cümə günü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda keçirib.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Xəyanətkarlar Rusiya Federasiyası daxilindəki vəziyyəti sarsıtmağa çalışırlar. Bunu Rusiya Prezidenti Vladimir Putin cümə günü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda bildirib.
Dövlət başçısı millətlərarası münasibətlərin inkişafı və təhlükəsizlik məsələlərinin müzakirə olunmasını təklif edib.

"Bilirsiniz ki, bu yaxınlarda Prezident yanında müvafiq Şura çərçivəsində həmkarlarımla ölkədə millətlərarası münasibətlər məsələləri ilə məşğul olmuşuq. Nəzərə alsaq ki, ölkədə 190 etnosumuz yaşayır, Rusiya Federasiyası üçün bu son dərəcə vacib məsələlərdir. Bu gün də biz eyni məsələlərlə - Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olacağıq", - deyə RF Prezidenti bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.