RUSİYA

NATO-nun Rusiya Federasiyası ilə toqquşma planı "yeni xəbər" deyil – Peskov

Şimali Atlantika Alyansının sözügedən planı hazırlaması daha əvvəl "Responsible Statecraft" tərəfindən açıqlanıb.
Sputnik
BAKI, 2 iyun — Sputnik. NATO-nun Rusiya ilə hərbi toqquşma halına dair planının hazırlanması "yeni xəbər deyil".
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"İnanın mənə, alyansın işçi sənədlərində Rusiya həmişə düşmən olub. Onlarda həmişə ölkəmizə qarşı mübarizə planları olub. Bu yeni xəbər deyil. Niyə bu, bir il sonra baş verdi - ona görə ki, NATO ölkələrinin münaqişəyə cəlb olunma dərəcəsi artır", - deyə Peskov brifinqdə bildirib.
Şimali Atlantika Alyansının sözügedən planı hazırlaması daha əvvəl "Responsible Statecraft" tərəfindən açıqlanmış, təşkilatın növbəti sammitində "minlərlə səhifəlik məxfi hərbi planların" təsdiqi tələb olunacağı barədə məlumat verilmişdi.
DÜNYA XƏBƏRLƏRİ
Siyarto NATO ölkələrinə Rusiya ilə bağlı çağırış edib