TƏHSİL

Müsabiqədən keçən 128 nəfər işə qəbul olundu

Namizədlər test imtahanı və müsahibə nəticələrinə uyğun olaraq faktiki yaşayış yeri üzrə yerlərə yerləşdirilib.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin cari tarixədək statistik göstəriciləri açıqlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, bu vaxta qədər müsabiqədən keçmiş 128 namizəd test imtahanı və müsahibə nəticələrinə uyğun olaraq faktiki yaşayış yeri üzrə yerlərə yerləşdirilib.
Xatırladaq ki, 29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub.
Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.