RUSİYA

Lavrov braziliyalı həmkarı ilə görüşüb

Rusiya XİN-dən bildirilib ki, nazirlər Ukrayna böhranının həlli yollarını tapmaq üçün Braziliyanın səylərini müzakirə ediblər.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və braziliyalı həmkarı Mauro Vieyra BRİKS Xarici İşlər Nazirləri Toplantısı (CMFA) çərçivəsində görüşüblər və burada Ukrayna böhranının həlli yollarını tapmaq üçün Braziliyanın səylərini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İyunun 2-də Keyptaunda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira arasında görüş keçirilib. Ukraynadakı vəziyyətlı bağlı həll yollarını tapmaq üçün Braziliyanın səylərinə diqqət yetirilib", - Rusiya XİN-dən bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.