BAKI, 2 iyun — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi "Buta Airways" Bakı-Ufa reyslərinin sayını artırır.
İyunun 6-dan birbaşa uçuşların həftəlik sayı 2-dən 3-ə çatdırılacaq.
Aviareyslər çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerli vaxtla saat 20:40-da "Embraer E190" markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək. Uçuşlar 2 saat 50 dəqiqə davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.