DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan yeni hökumətdə onları nazir postunda görmək istəyir

İbrahim Kalının mümkün postu dəqiqləşdirilməsə də, Türkiyə mətbuatı onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini daha əvvəl yazıb.
Sputnik
BAKI, 1 iyun — Sputnik. Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan həm nazir, həm də təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsinə təyin edilə bilər.
"Hürriyət" yazır ki, bu məsələ Ankarada artıq uzun müddətdir müzakirə olunur.
Prezidentin rəsmi nümayəndəsi İbrahim Kalının da bu siyahıda adı çəkilir.
Onun mümkün postu dəqiqləşdirilməsə də, Türkiyə mətbuatı onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini daha əvvəl yazıb.
"Hürriyet" həmçinin keçmiş baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşəkin Nazirlər Kabinetinə gözlənilən təyinatını açıqlayıb.
Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək. İclas yeni Nazirlər Kabinetindən əvvəl hazırkı nazirlərlə son görüş olacaq.