CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası dəyişib

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sputnik
BAKI, 1 iyun - Sputnik. Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydasına dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlilliyi olan şəxslərin reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. İndiyə qədər bu səlahiyyət Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində idi.