PAYTAXT XƏBƏRLƏRİ

Bakının iki rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

İçməli suyun verilməsində olan məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Sputnik
BAKI, 1 iyun — Sputnik. 02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verir.
Qeyd edək ki, içməli suyun verilməsində olan məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.