BAKI, 1 iyun — Sputnik. Rusiya hakimiyyəti ABŞ-ın xüsusi xidmət orqanlarının vətəndaşların qlobal izlənilməsi ilə bağlı daha bir faktı aşkarlayıb, Vaşinqton onilliklər ərzində internet istifadəçilərindən onların xəbəri olmadan geniş miqyasda məlumat toplayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayılan məlumatda deyilir.
"Rusiya hakimiyyəti ABŞ kəşfiyyat xidmətləri tərəfindən Amerika İT şirkətlərinin iştirakı ilə digər ölkələrin vətəndaşları üzərində sistematik qlobal nəzarətin həyata keçirilməsi ilə bağlı daha bir fakt aşkarlayıb. Bu cür qanunsuz fəaliyyətlərin sübutları hər il ortaya çıxır", - diplomatik departament bildirib.
Rusiya XİN-dən vurğulayıblar ki, heç bir dövlətin smartfon istifadəçilərinin şəxsi məlumatlarına çıxış kimi həssas sahədə öz texnoloji imkanlarından sui-istifadə etmək hüququ yoxdur.