RUSİYA

Zaxarova: Qərbin Moskvaya pilotsuz təyyarələrin hücumu ilə bağlı mövqeyi ən alçaq mövqedir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Qərb yalnız onun üçün faydalı olanı şərh edir.
Sputnik
BAKI, 31 may — Sputnik. Moskvaya pilotsuz təyyarələrin hücumu ilə bağlı Qərb ölkələrinin mövqeyi ən alçaq mövqedir.
Bunu "Sputnik" radiosunun efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Qərb yalnız onun üçün faydalı olanı şərh edir. Belə siyasət isə təbliğatdır.
Xatırladaq ki, mayın 30-da səhər saatlarında Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumu olub. Hücum Ukrayna tərəfindən təşkil edilib, Rusiya Federasiyasına səkkiz təyyarə tipli dron göndərilib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, zenit-top kompleksi vasitəsilə beş qurğu məhv edilib. Qalan pilotsuz təyyarələr radioelektron mübarizə vasitəsi ilə məhv ediliblər.