BAKI, 31 may — Sputnik. Dollar çərşənbə günü lirə qarşısında yüksələrkən belə, bir dollar üçün 21 lirə ilə bütün zamanların ən yüksək həddindən aşağıda qalır.
Bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə 8.57-də dolların türk lirəsinə nisbətən məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 20,5001-dən 20,6369 lirəyə qədər artıb.
Çərşənbə axşamı dollar maksimum 21,0304 lirəyə qalxaraq ilk dəfə 21 lirəni keçib, lakin sonra aşağı düşüb.
Xatırladaq ki, Rəcəb Tayyip Ərdoğan Türkiyə prezident seçkilərinin ikinci turunda 52% -dən çox səslə qalib gəlib. Seçkilərin yekun nəticələri iyunun 1-dən əvvəl dərc ediləcək.