SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: "10-dan çox ölkə Azərbaycana təbii qazla bağlı müraciət edib"

Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycan "yaşıl enerji" ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.
Sputnik
BAKI, 31 may — Sputnik. Builki "Bakı Enerji Həftəsi" Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır.
"Bu barədə Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciətində bildirib.
Qeyd olunub ki, "Xəzər Neft və Qaz" sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf edib. Məhz həmin il imzalanmış "Əsrin müqaviləsi"ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb.
"Hazırda Azərbaycan "yaşıl enerji" ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Son il yarım ərzində 10-dan çox ölkə Azərbaycana təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq xahişi ilə müraciət edib", - deyə dövlətimizin başçısı vurğulayıb.
“Avropa İttifaqının yüksək rütbəli məmurları Azərbaycanı "ümum-Avropa təbii qaz tədarükçüsü" adlandıran zaman tamamilə haqlıdırlar. Əminəm ki, bizim tədarük coğrafiyamız genişlənəcək, çünki Azərbaycan təbii qazına tələbat artır. Son il yarım ərzində 10-dan çox ölkə Azərbaycana təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq xahişi ilə müraciət edib və əlbəttə ki, biz bütün dostlarımızın ehtiyaclarını ödəmək və şübhəsiz ki, tələbləri bazar imkanlarına uyğunlaşdırmaq istəyirik”, - dövlət başçısı bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.