SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ölkə başçısı bir sıra qanunlara dəyişikliklərlə bağlı fərmanlar imzalayıb

Prezident İlham Əliyev ölkədə nikahın pozulması, ad və soyadla bağlı bir sıra dəyişikliklərə imza atıb.
Sputnik
BAKI, 31 may — Sputnik. Prezident İlham Əliyev "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
"Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 380; 2012, № 7, maddə 685; 2014, № 9, maddə 1027; 2017, № 5, maddə 803, № 8, maddə 1521; 2022, № 5, maddə 470) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissənin birinci abzasından "üç ay müddətində" sözləri çıxarılsın.
2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"2.4. müvafiq sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin müraciət edəndən tələb edilməməsi, belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsinin müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunması və ya müraciət edən tərəfindən təmin edilməsi;".
"Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"də dəyişiklik
Ölkə başçısı 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297; 2009, № 6, maddə 419; 2011, № 3, maddə 182; 2017, № 5, maddə 802; 2021, № 4, maddə 314, № 12, maddə 1354) ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilsin:
"3.3-2. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya namizəd tərəfindən təmin edilir.".
2. 3.4.1-ci yarımbəndə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Əsasnamənin 3.3-2-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
"Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası"nda dəyişiklik
Ölkə başçısı 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 965; 2021, № 12, maddə 1355) ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası"na aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilsin:
"1.5-1. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müsabiqədə iştirak etmək istəyən namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müsabiqədə iştirak etmək istəyən namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin namizəd tərəfindən təmin edilir".
"Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik
Prezident İlham Əliyev 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624; 2013, № 5, maddə 514; 2021, № 12, maddə 1355) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 4-1-ci bənd əlavə edilsin:
"4-1. Müsabiqədə və ya müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər namizəddən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir".
Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 6 mart tarixli 297 nömrəli, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə" 2014-cü il 15 dekabr tarixli 389 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıb:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 23.3-cü, 25.3-cü, 179-cu, 190.1-ci və 190.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 13.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 23.3-cü, 25.3-cü və 190.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 13.3-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci hallarda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 179-cu və 190.1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565; 2022, № 1, maddə 30; 2023, № 1, maddə 85, № 3, maddə 348) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə "Məcəlləsinin" sözündən sonra "13.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 23.3, 25.3," sözləri, "186" rəqəmlərindən əvvəl "179," rəqəmləri və "187.1-1," rəqəmlərindən sonra "190.1, 190.2," rəqəmləri əlavə edilsin;
3.2. 2.2-ci bəndə "Məcəllənin" sözündən sonra "13.1, 13.5-ci maddələrində," sözləri əlavə edilsin;
3.3. 2.3-1-ci bəndə "Məcəllənin" sözündən sonra "13.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 23.3, 25.3," sözləri, "187.1-1," rəqəmlərindən sonra "190.2," rəqəmləri əlavə edilsin;
3.4. 2.4-cü bənddən "23.3,", "25.3," və "179," rəqəmləri çıxarılsın;
3.5. 2.4-1-ci bənddə "195.2-ci (ikinci halda) maddəsində" sözləri "179, 190.1 və 195.2-ci (ikinci halda) maddələrində" sözləri ilə əvəz edilsin;
3.6. 2.12-2-ci bəndə "Məcəllənin" sözündən sonra "13.3-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci hallarda)," sözləri əlavə edilsin;
3.7. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.18-ci bənd əlavə edilsin:
"2.18. həmin Məcəllənin 13.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər.".
4. "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1543) 3-cü hissəsi ləğv edilsin.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Ölkə başçısı Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıb:
Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3, maddə 372, № 5, maddə 800, № 12, maddə 1906; 2020, № 7, maddə 832, № 12 (I kitab), maddə 1424; 2021, № 4, maddə 308, № 6 (I kitab), maddə 541, № 7, maddə 711, № 8, maddə 894; 2022, № 1, maddə 11, № 6, maddə 580, № 8, maddə 828; 2023, № 1, maddə 19, № 2, maddələr 192, 207; Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 823-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 9.1-ci maddədə "13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə" sözləri "11-ci maddəsinin tələbləri nəzərə alınmaqla" sözləri ilə əvəz edilsin.
2. 11.1-ci maddədə "13.3-cü" sözləri "13-cü" sözləri ilə əvəz edilsin.
3. 12.0.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;".
4. 13-cü maddə üzrə:
4.1. 13.3-cü maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.";
4.2. 13.4-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur.".
5. 23.3-cü maddədə "qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur" sözləri "qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür" sözləri ilə əvəz edilsin.
6. 25.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.".
7. 65.5, 131.4, 161.4, 162.3, 163.3, 166.2-1, 187.1-1 və 194.2-ci maddələrdə "3 gün müddətində" sözləri "dərhal" sözü ilə əvəz edilsin.
8. 179-cu və 190-cı maddələr aşağıdakı redaksiyada verilsin:
"Maddə 179. Nikahın pozulmasının dövlət qeydiyyatına alındığı yer
Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.";
"Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası
190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
190.2. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür".
"Notariat haqqında" Qanununda dəyişiklik
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun tətbiqi və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıb:
1. Müəyyən edilsin ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208, № 6, maddələr 1013, 1045; 2022, № 8, maddə 863; 2023, № 1, maddə 78) 3.13-cü bəndində "hissəsində" sözü "hissəsinin 1-ci bəndində" sözləri ilə əvəz edilsin.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Ölkə başçısı Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıb:
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017, № 11, maddələr 1323, 1335; 2021, № 12, maddə 1312; 2022, № 8, maddə 827; 2023, № 1, maddələr 2, 41, № 2, maddə 179) aşağıdakı dəyişikliklər edilsin:
1. 15.9.5-1-ci maddə ləğv edilsin.
2. Aşağıdakı məzmunda 15.10-cu maddə əlavə edilsin:
"15.10. Notarius bu Qanunun 15.9-cu maddəsində qeyd edilən məlumatlarla yanaşı, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sorğu əsasında əldə edir".