BAKLI, 31 may - Sputnik. Göyçay rayonunda güclü külək və qasırğa 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var.
Onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.
Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir(Report).
Mayın 31-i saat 16:00-a olan məlumata əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.
Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.
Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənib.
Bu arada sosial şəbəkələrdə Naxçıvana yağan dolunun görüntüləri paşlaşılıb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi bu gün qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.