BAKI, 31 may - Sputnik. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakıdakı Rus evində (RİMM) Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin konserti keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən bildirilib ki, Rus Evinin rəhbəri İrek Zinnurov qonaqları və konsertin iştirakçılarını salamlayıb.
Musiqi məktəbinin tələbələri qonaqları maraqlı və geniş proqramla sevindiriblər. Final çıxışda məktəbin rəhbəri Fidan Hacıyeva şagirdlərlə birgə Müslim Maqomayevin repertuarından olan əfsanəvi “Azərbaycan” mahnısını ifa edib.
Tədbirdə diplomatik korpusun nümayəndələri, ziyalılar və həmvətənlər iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.