SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsi bərpa olunur: Overçukdan açıqlama

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan həm də Naxçıvandan, Azərbaycandan Rusiyaya, digər Avropa İttifaqı ölkələrinə getmək və İrana getmək imkanı əldə edir.
Sputnik
BAKI, 31 may — Sputnik. Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçiriləcək. Bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk "İnterfaks"ın sualını cavablandırarkən deyib.
"Bu gün razılıq əldə olunub ki, bu işçi qrupunun iclasının çox yaxın vaxtlarda keçirilsin. Baxılacaq məsələlər Azərbaycanla Ermənistan arasında sərhədin keçmə modallığı ilə bağlı texniki detallara aiddir. Bura sərhəd pasportu, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri ilə bağlı məsələlər daxildir", - deyə Overçuk bildirib.
O qeyd edib ki, tərəflər bu gün Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini bərpa edə bilməklə bağlı mövqelərini çox yaxınlaşdırıblar.
"Ermənistan həm də Naxçıvandan, Azərbaycandan Rusiyaya, digər Avropa İttifaqı ölkələrinə getmək və İrana getmək imkanı əldə edir", - Overçuk bildirib.
Mayın 25-də Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan və Azərbaycan başçıları Nikol Paşinyan və İlham Əliyevlə danışıqlardan sonra bəyan edib ki, baş nazirin müavinləri bir həftədən sonra görüşəcək və Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələləri yekunlaşdıracaqlar. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan dünən bildirib ki, görüşün bu həftə baş tutması ehtimalı var və o, Moskvada keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.