BAKI, 30 may — Sputnik. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində cəmiyyətdə uşaqların maarifləndirilməsi, onlara mənəvi-əxlaqi dəyərlərin aşılanması ilə bağlı müzakirələr aktuallaşdırılır. Ənənəvi olaraq, bu proses, o cümlədən uşaq ədəbiyyatı vasitəsilə baş verib.
Azərbaycanda peşəkar uşaq ədəbiyyatının formalaşması 20-ci əsrin əvvəllərinə təsadüf edir. Son illər uşaq ədəbiyyatına meyl göstərən yazıçıların sayı artıb. Onlar ədəbi cərəyanlara sadiqlikləri ilə yanaşı, öz dəst-xətti ilə seçilməyə, günün tələblərinə uyğun əsərlər yaratmağa çalışırlar.
Mayın 31-də saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanda uşaq ədəbiyyatının populyarlığı və üzləşdiyi problemlər müzakirə olunacaq:
Sevinc Nuruqızı tanınmış uşaq şairəsi, Rafiq İsmayılov tədris ədəbiyyatının nəşri ilə məşğul olan "AltunKitab" nəşriyyatının direktorudur.
Əlaqələr:
telefonlar: 404-13-84/85.
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.