DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın NATO-ya daxil olmaq istəyi Rusiya ilə münaqişəyə səbəb oldu - Qaribaşvili

Rusiya hökumətinin bəyanatlarından sitat gətirmək istəmirəm, lakin səbəblərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyi olub.
Sputnik
BAKI, 30 may — Sputnik. Ukrayna rəhbərliyinin ölkəni NATO-ya daxil etmək istəyi Rusiya ilə münaqişənin səbəblərindən biri oldu. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bratislavada Globsek ("Globsec") təhlükəsizlik konfransında bildirib.

"Mən spekulyasiya etmək və Rusiya hökumətinin bəyanatlarından sitat gətirmək istəmirəm, lakin səbəblərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyi olub, ona görə də biz bunun nəticələrini görürük", - o deyib.

NATO 2008-ci ilin aprelində Buxarest sammitində Ukraynanın NATO-ya üzv olacağına dair siyasi bəyanat verib, lakin ölkənin hüquqi üzvlük prosesində ilk addım olan Üzvlük Fəaliyyət Planını təqdim etməkdən imtina edib. 2019-cu ilin fevralında Ukrayna Ali Radası konstitusiyaya NATO-ya üzv olmaq istəyini təsbit edən dəyişiklikləri təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, Kiyev Alyansa qoşulmaq üçün konkret şərtlərin müəyyənləşməsinə nail olmaq istəyir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.