RUSİYA

Rusiyalı səfirdən Türkiyədəki seçkilərə müdaxilə iddialarına reaksiya

Rusiyalı səfir Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun birbaşa olaraq Kılıçdaroğlunu sənədli sübutlar təqdim etməyə çağırmasını xatırladıb.
Sputnik
BAKI, 30 may — Sputnik. Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddialarına dair dəlillər yoxdur. Bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov "Valday" Beynəlxalq Diskussiya Klubunda müzakirə zamanı deyib.

"Bu bəyanatlar hökumətdə anlaşılmazlıqla qarşılandı. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu birbaşa olaraq cənab Kılıçdaroğlunu sənədli sübutlar təqdim etməyə çağırdı. Ancaq belə bir dəlil yox idi", - rusiyalı səfir deyib.

"Mən burada çoxlu insanlarla danışdım, həmsöhbətlərimin heç biri bu bəyanatlara müsbət reaksiya vermədi", - deyə diplomat əlavə edib.
Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən Ərdoğanın qələbəsini açıqlayıb. Səsvermə bülletenlərinin 99,43%-nin açılmasına əsasən, hazırkı Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan 52,14%, müxalifətin namizədi Kamal Kılıçdaroğlu isə 47,86% səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.