RUSİYA

Rusiya-Türkiyə münasibətlərinin potensialı böyükdür - Peskov

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, bu danışıqları və ətraflı müzakirələri davam etdirmək üçün təsdiq, niyyət və siyasi iradə var.
Sputnik
BAKI, 30 may — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan bazar ertəsi baş tutmuş telefon danışığında qaz qovşağı və taxıl sazişinin konkret detallarını müzakirə etməyiblər. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Təfərrüatlı müzakirələr baş tutmayıb. Bu danışıqları və ətraflı müzakirələri davam etdirmək üçün təsdiq, niyyət və siyasi iradə var. Əsas məsələ budur", - Peskov bildirib.

Kreml sözçüsü vurğulayıb ki, Rusiya-Türkiyə münasibətlərinin potensialı böyükdür.
"Biz bundan maksimum istifadə etməliyik", - o əlavə edib.
Dmitri Peskov
Bazar ertəsi Kremlin mətbuat xidməti Putin və Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb. Rusiya lideri həmsöhbətini yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib, onun Rusiya-Türkiyə münasibətlərinin konstruktiv və qarşılıqlı faydalı şəkildə inkişafına böyük töhfə verdiyini vurğulayıb. Həmçinin qeyd olunub ki, Türkiyə xalqının öz rəhbərinə verdiyi dəstək müxtəlif sahələrdə praktiki ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlavə perspektivlər açır.
Öz növbəsində, Ərdoğan bütün cari gündəm üzrə gələcək birgə əməkdaşlıq əhval-ruhiyyəsini təsdiqləyib. Liderlər şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.