BAKI, 30 may — Sputnik. Moskvada mülki hədəflərə hücum Kiyevin istifadə etdiyi üsulları təsdiqləyir. Bunu Rusiya prezidenti Vladimir Putin yaradıcı iqtisadiyyata həsr olunmuş sərgidə deyib.
"2014-cü ildə bu müharibəni bizbaşlamamışıq - Kiyev rejimi Donbassda müharibəyə başlayıb. Biz isə Ukraynanın rəhbərlərinin istifadə etdiyi vasitələrdən istifadə etmirik. Bunun daha bir təsdiqi Moskvadakı dinc obyektlərə hücumdur", - Putin deyib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, çərşənbə axşamı səhər Ukrayna Moskvadakı obyektlərə pilotsuz təyyarələrlə hücum edib.
Hücuma səkkiz təyyarə tipli PUA cəlb edilib. Onlardan beşi Moskva vilayətində zenit raket kompleksi tərəfindən vurulub, üçü elektron vasitələrlə zərərsizləşdirilib və nəzərdə tutulan hədəflərdən yayındırılıb. Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Kiyevin pilotsuz uçan aparatının hücumu Moskvanın mülki obyektlərini hədəf alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.