Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Mövqelərimiz yenə atəşə tutulub

Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.
Sputnik
BAKI, 30 may — Sputnik. Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə müdafiə nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun ÇinarlıAygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik CırdaxanƏlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.
Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, ŞuşaKəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.