BAKI, 30 may - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının iyunun 19-20-də Minskdə keçirilməsi planlaşdırılır. Bu barədə Belarusun Belta dövlət agentliyi məlumat yayıb.
"Budəfəki görüş KTMT-də, o cümlədən beynəlxalq arenada qarşılıqlı fəaliyyətin aktual məsələləri üzrə fikir mübadiləsi aparmaq və qeydləri müqayisə etmək, həmçinin təşkilatın inkişafını müzakirə etmək üçün yaxşı fürsətdir", - Belarus xarici işlər nazirinin müavini qeyd edib.
KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.