RUSİYA

Kiyev rejimi Qərb silahlarından istifadə edərək terror metodlarına keçib - Lavrov

Rusiya XİN rəhbəri vurğulayıb ki, Qərbin tədarük etdiyi silahların Rusiya ərazisinə qarşı istifadə edilməməsi ilə bağlı bəyanatı növbəti yalandır.
Sputnik
BAKI, 30 may — Sputnik. Şübhə yoxdur ki, Kiyev rejimi çoxdan Qərb silahlarından istifadə edərək terror metodlarına keçib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Burundidə mətbuat konfransı zamanı bildirib.

"Biz bu gün bu barədə çox ətraflı danışdıq. Şübhə yoxdur ki, Kiyev rejimi çoxdan açıq terror metodlarına keçib", - nazir Burundidə mətbuat konfransı zamanı deyib.

O əlavə edib ki, bunun üçün onlar "Qərbin onlara verdiyi silahlardan istifadə edirlər".
"Qərbin tədarük etdiyi silahların Rusiya ərazisinə qarşı istifadə edilməməsi ilə bağlı bəyanatı növbəti yalandır", - Lavrov bildirib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, bu gün səhər saatlarında Ukrayna Moskvadakı obyektlərə pilotsuz təyyarələrlə terror hücumu həyata keçirib. Hücuma səkkiz təyyarə tipli PUA cəlb edilib. Onlardan beşi Moskva vilayətində zenit silahı kompleksindən vuruldu, üçü elektron vasitələrlə zərərsizləşdirilib və nəzərdə tutulan hədəflərdən yayındırılıb. Cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.