BAKI, 30 may — Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rasim Arif oğlu Əsgərova sovqat gətirmiş qohumu - Gəncə şəhər sakini Jalə Məhərrəm qızı Kazımovanın əşyalarına və üzərinə baxış keçirilən zaman sellofan paketin alt hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,633 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,419 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,44 qram olan narkotik maddə - marixuana, əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd tibbi şpritsin içərisində ümumi çəkisi 0,5 ml olan heroin məhlulu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.