SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət katibinin köməkçisi enerji ilə bağlı danışıqlar üçün Bakıya səfər edəcək

Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin digər ölkələrin və təşkilatların, hakimiyyət orqanlarının enerji nümayəndələri ilə görüşmək niyyətində olduğu bildirilir.
Sputnik
BAKI, 30 may - Sputnik. ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Payet mayın 30-dan iyunun 2-dək Azərbaycanın paytaxtı Bakıya səfər edəcək və burada enerji təhlükəsizliyi ilə bağlı səlahiyyətlilərlə danışıqlar aparacaq. Bu barədə RİA Novosti Dövlət Departamentinə istinadən məlumat yayıb.

“O, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin nümayəndələri ilə görüşəcək”, - deyə Departamentin yayılmış bəyanatında deyilir.

Bundan əlavə, Payet "beynəlxalq əməkdaşlıq və qlobal enerji təchizatının sabitləşdirilməsi" məsələlərini müzakirə etmək üçün "digər ölkələrin hakimiyyət orqanlarının enerji nümayəndələri və təşkilatların təmsilçiləri" ilə görüşmək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.