BAKI, 30 may — Sputnik. Avropa İttifaqının Gürcüstana namizədi statusu verməkdən dəfələrlə imtina etməsi geosiyasi kontekstdə böyük səhv olacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bratislavada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.
"Gürcüstan bu ilin sonuna kimi status almasa, mən deyərdim ki, bu, böyük səhv olacaq", - baş nazir bildirib.
Moderatorun imtina halında Gürcüstanın nə edəcəyi ilə bağlı sualına Qaribaşvili cavab verib ki, ölkə bundan sonra da irəliləyəcək, islahatlar aparacaq və inkişaf edəcək.
O vurğulayıb ki, bu çətin geosiyasi vəziyyətdə əlaqəli üçlük - Gürcüstan, Ukrayna, Moldova arasında ən yaxşı nəticə göstərən Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsi böyük səhv olardı.
2022-ci ilin iyununda Avropa İttifaqının liderləri Ukrayna və Moldovaya birliyə üzv olmaq üçün namizəd statusu veriblər. Onlar Gürcüstanın Avropa perspektivini, eləcə də 12 bənddən ibarət bir sıra şərtlər yerinə yetirildikdən sonra ona namizəd statusu verməyə hazır olduqlarını etiraf ediblər.
Seçki islahatları, korrupsiyaya qarşı mübarizə bürosunun yaradılması, yeni sistemlə ombudsmanın seçilməsi, gender ayrı-seçkiliyinə qarşı və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqqında qanunlara dəyişikliklər və tövsiyyələrin əksəriyyəti bu günə kimi yerinə yetirilib. Oliqarxlara qarşı qanun layihəsi hazırlanıb, ekspert rəyi üçün Venesiya Komissiyasına göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.