SƏHİYYƏ

Zavodda hazırlanmış mayonezlər insan orqanizmi üçün niyə təhlükəlidir?

Mütəxəssisin fikrincə, mayonezin tez-tez istifadəsi onun qan damarlarının divarlarında, mədəaltı vəzdə və qaraciyərdə orqanizm üçün zərərli komponentlərin toplanmasına səbəb ola bilər.
Sputnik
BAKI, 29 may — Sputnik. Zavodda hazırlanmış mayonezin tərkibindəki trans yağlar və dad verən maddələr orqanizm üçün əsas təhlükəlidir.
Bunu "Budu" onlayn sağlamlıq idarəçiliyi xidmətinin diyetoloqu Natalya Qridina "Moslent" ilə müsahibəsində bildirib.
"Mağazalarda olan mayonezdə orqanizm üçün həqiqətən zərərli olan çoxlu komponentlər var. Məsələn, trans yağlar. Onları emal etmək üçün daha güc sərf etmək lazımdır, orqanizmin isə onları parçalaması çətindir", - deyə ekspert izah edib.
Onun sözlərinə görə, mayonezdən tez-tez istifadə onun qan damarlarının divarlarında, mədəaltı vəzdə və qaraciyərdə toplanmasına səbəb ola bilər. Nəticədə artıq çəki və ürək-damar xəstəliyi riski artır.
Diyetoloq hesab edir ki, zavod istehsalı olan mayonezdəki müxtəlif dad verən maddələr dad reseptorlarının pis işləməsinə səbəb olur.
Ona görə də məhsullara müxtəlif sousların əlavə edilməsinə ehtiyac yaranır. Dad verən maddələr də sadə yağlar kimi, qanda qlükoza miqdarının, insulin istehsalının artmasına və nəticədə aclıq hissinin sürətlə başlamasına gətirib çıxarır.
Natalya Qridina əlavə olaraq onu da bildirib ki, məhsulun tərkibində çoxlu miqdarda xolesterin var ki, onun da qan damar divarlarında yığılması artıq çəki, hipertoniya və ateroskleroz xəstələri üçün təhlükəlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.