BAKI, 29 may - Sputnik. Qərb ölkələri Kiyevi uzaqmənzilli silahlarla təmin etməyə davam edərsə, Rusiya ordusu daha da irəli getməyə məcbur olacaq. Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy LCI telekanalına müsahibəsində bildirib.
“Qərb Ukraynaya nə qədər çox uzaqmənzilli döyüş üçün hərbi texnika, uzaqmənzilli raketlər versə, Rusiya ordusu bir o qədər irəli getməli olacaq və gedəcək”, - deyə o, vurğulayıb.
Tolstoy ayrıca olaraq onu da qeyd edib ki, Rusiya ordusu Polşa sərhədinə gedəcək və Ukrayna nə NATO, nə də Aİ-nin bir hissəsi deyil, neytral statusa malik olmalıdır.
“Bizim üçün əsas olan öz təhlükəsizliyimizdir, dövlətimizin təhlükəsizliyidir. Biz dəfələrlə həm amerikalılara, həm də NATO-ya Rusiyanın təhlükəsizliyi ilə bağlı danışıqlar aparmağı təklif etmişik. Bu təklif rədd edildi. İndi biz Rusiyanın təhlükəsizliyini hərbi yolla təmin edəcəyik”, - deyə deputat bildirib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın “əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə reaksiya vermək mümkün deyildi”.
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçılıq və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib, alyans isə Moskvanın etirazlarına baxmayaraq durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Serqey Lavrov, arxiv şəkli
© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.
Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların vurulması Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir, “o cümlədən, təkcə silah tədarükü deyil, o cümlədən... Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.