BAKI, 29 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) imtina edilməsi haqqında qanun imzalayıb. Müvafiq sənədin imzalanması barədə TASS xəbər yayıb.
Adıçəkilən Müqavilə 1990-cı ildə imzalanıb və 1997-ci ildə uyğunlaşdırılıb. NATO ölkələri bu sənədin uyğunlaşdırılmış variantını ratifikasiya etməyərək NATO və Varşava Müqaviləsi arasında balansa əsaslanan adi silahların normalarını ehtiva edən 1990-cı il müddəalarına riayət etməyə davam ediblər.
Nəticədə Rusiya 2007-ci ildə sazişin şərtlərinin yerinə yetirilməsinə moratorium elan etməyə məcbur olub.
2015-ci il martın 11-də Rusiya CFE üzrə Birgə Məşvərət Qrupunun iclaslarında iştirakını dayandırdı və bununla da müqaviləyə üzvlüyünün dayandırılması prosesini başa çatdırıb, lakin sırf hüquqi baxımdan orada qalmağa davam edib.
O vaxtdan bəri Birgə Məşvərət Qrupunda Rusiya Federasiyasının maraqlarını Belarus təmsil edirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.