QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağdakı qanunsuz erməni silahlıları atəşkəsi pozdu - MN

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü bildirilir.
Sputnik
BAKI, 29 may - Sputnik. Qarabağda yerləşən qanunsuz erməni silahlıları yenidən təxribata əl atıb. Bu barədə Medafiə Nazirliyinin yaydığı məlumatdan aydın olur.
Bildirilir ki, mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

"Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.