BAKI, 29 may - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olacaq.
APA xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Əminliklə demək olar ki, Putinlə Ərdoğan arasında telefon danığışı tezliklə baş tutacaq”, deyə Peskov vurğulayıb.
Kremlin rəsmi nümayəndəsi Putin-Ərdoğan görüşünün perspektivləri barədə də danışıb. Bildirib ki, yaxın vaxtlarda görüş hələlik yoxdur, lakin hansısa anda bu baş verəcək.