BAKI, 28 may - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermə başa çatdıqdan sonra “Twitter”-də paylaşım edib.
Rəcəb Tayyib Ərdoğan səhər saatlarından seçki məntəqələrində fədakarlıqla vəzifələrini yerinə yetirən hər bir tərəfdarına təşəkkür edib.
“Nəticələr dəqiqləşənə qədər bütün qardaşlarımı seçki qutularına sahib çıxmağa dəvət edirəm. İndi millətimizin başımız üzərində olan iradəsini sona qədər qorumaq vaxtıdır!”, - deyə paylaşımda qeyd edilib.
Mayın 28-də MTürkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
Yerli vaxtla saat 17:00-da ölkədə bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.