BAKI, 28 may - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyə Prezidenti bu barədə "Twitter"-də paylaşım edib.
"Bir millət, iki dövlət!” şüarıyla hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə anıram” – paylaşımda deyilir.
Xatırladaq ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.