BAKI, 28 may - Sputnik. “Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram!”
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov öz "Twitter" hesabında yazıb.
“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik!” – diplomat vurğulayıb.
O, öz tvitində Ərdoğanı və Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunu işarələyib.
Türkiyədə bu gün keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.