HADİSƏ

Tovuzda vətəndaş minaya düşüb - Təfərrüatlar

Xəsarət alan şəxs polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Sputnik
BAKI, 27 may - Sputnik. Tovuz rayonunun Əlibəyli kəndi ərazisində 75 yaşlı kişinin minaya düşməsinin bəzi təfərrüatları məlum olub.
Kənd icra nümayəndəsi APA-ya bildirib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mala-qara otaran zaman evin yaxınlığında minaya düşüb.
Həmçinin nümayəndə qeyd edib ki, Abdulla Ələsgərovun evi Ermənistanla şərti sərhədə yaxın yerləşdiyi üçün ərazidə mina təhlükəsi var.
***
Bu gün səhər saat 08.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.