BAKI, 27 may - Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,9 faiz artaraq 3 milyard 504,0 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 639,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.
Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 345,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
2023-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri 0,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 10,7 faiz bahalaşıb.
Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.