RUSİYA

Dollardan asılı olan ölkələr alternativ axtarmalıdır - Volodin

ABŞ-ın dövlət borcu digər xalqları və ölkələri aldatmaq üçün qurulmuş qlobal maliyyə piramidasıdır.
Sputnik
BAKI, 27 may — Sputnik. Dollardan asılı olan dövlətlər bu gün artıq alternativ axtarmalıdırlar.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, ABŞ-ın dövlət borcu digər xalqları və ölkələri aldatmaq üçün qurulmuş qlobal maliyyə piramidasıdır.
"Əsrin ən böyük maliyyə fırıldağı. ABŞ defoltun astanasındadır. Ştatlar digər dövlətlərin hesabına yaşayır. Borclara müstəqil şəkildə xidmət göstərmək imkanı azalır", – deyə siyasətçi özünün "Telegram" kanalında yazıb.
Əvvəllər bildirilib ki, 2022-ci ilin sonunda ABŞ-ın dövlət borcu 13 ən böyük borclu ölkənin hökumətlərinin ümumi borcuna bərabər olub və Rusiyanın borcunu 107 dəfə üstələyib.
Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, dünya maliyyə sisteminin mərkəzləşdirilməsi onun daha davamlı işinə kömək edəcək, həmçinin siyasi tərkib hissəsini iqtisadiyyat sahəsindən çıxaracaq. Moskva bu vəziyyətdə digər ölkələrlə qarşılıqlı hesablaşmalarda dost olmayan ölkələrin valyutalarının payını ardıcıl olaraq azaldır, gələcəkdə milli valyutalardan istifadəyə keçməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
ABŞ-ın dövlət borcu Rusiyanın borcunu 107 dəfə üstələyib