BAKI, 27 may — Sputnik. Ukrayna təxribatçıları dəstəkləməyə davam edərsə və ya sərhədlərindən kənarda döyüşməyə qərar verərsə, Qərbin yardımını itirmək riski ilə üzləşəcək.
Bu fikri "Bloomberg" agentliyinin şərhçisi Andreas Klut bildirib.
"Qərbdə ən böyük qorxu NATO-nun Rusiya ilə real münaqişəyə cəlb oluna biləcəyi və bunun III Dünya Müharibəsinə çevriləcəyi ilə bağlıdır", - deyə o, yazıb.
Klut qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri hücum taktikasına keçərsə, bir sıra Qərb ölkələri - bəlkə də ABŞ 2024-cü il seçkilərindən sonra Kiyevə dəstəyi dayandıra bilər. O, hesab edir ki, Ukrayna hakimiyyəti Rusiyaya hücum etməməli və təxribatçıları təşviq etməməlidir.
Xatırladaq ki, bazar ertəsi ukraynalı diversantlar Belqorod vilayətinin Qrayvoron rayonu ərazisinə daxil olublar. Diversiya və Kəşfiyyat Qrupununun hücumu nəticəsində 1 nəfər həlak olub, daha 13 mülki şəxs yaralanıb. Üç avtomobilə və 29 fərdi evə ziyan dəyib. 14 yaşayış məntəqəsi işıqsız qalıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov baş verənlərin dərin narahatlıq doğurduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.