BAKI, 27 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfər edib. Bu barədə Azərtac xəbər yayıb.
Dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.
Prezident İlham Əliyev, həmçinin 110/35/10 kv-luq “Laçın şəhər” yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.
Dövlətimizin başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.