NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ-ın borc tavanı ilə bağlı razılaşmaya yaxınlaşması nefti bahalaşdırır

Bununla belə, bazarlar ehtiyatı gözləyir, çünki borc danışıqları uzana bilər və ABŞ-ın Mərkəzi Bankı faizləri qaldıra bilər.
Sputnik
BAKI, 27 may - Sputnik. ABŞ rəsmilərinin borc tavanına dair razılaşma əldə etməyə yaxınlaşması və OPEC-in toplantısı ərəfəsində Rusiya Səudiyyə Ərəbistanından hasilat ilə bağlı fərqli mesajların verilməsi neft qiymətlərini bahalaşdırıb.
"Brent" markalı neft 69 sent və ya 0,9% artaraq 76,95 dollar olub. ABŞ-ın Qərbi Texas ("WTI") nefti isə 84 sent və ya 1,2% bahalaşaraq 72,67 dollar təşkil edib. Həftəlik "Brent" 1,7%, "WTI" isə 1,6% bahalaşaraq ikinci həftə də qazanc əldə edib.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 51 sent və ya 0,65% artaraq 78,98 dollar təşkil edib.
Bununla belə, bazarlar ehtiyatı gözləyir, çünki borc danışıqları uzana bilər və ABŞ-ın Mərkəzi Bankı faizləri qaldıra bilər.
Neft quyusu, arxiv şəkli
Xatırladaq ki, Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdüləziz bin Salman alyansın ilin ikinci yarısı üçün hasilat siyasətini nəzərdən keçirə biləcəyini söyləyib.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.