BAKI, 26 may — Sputnik. Almaniya kansleri bu barədə Almaniyanın "Kölner Stadt-Anzeiger" qəzetinə müsahibəsində bildirib.
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.
O, bu barədə Almaniyanın "Kölner Stadt-Anzeiger" qəzetinə müsahibəsində bildirib.
"Mən lazım olan anda Putinlə yenidən danışmaq niyyətindəyəm", – kansler belə deyib. .
Daha əvvəl Olaf Şolts, Rusiya lideri ilə telefon əlaqəsini davam etdirmək planlarından danışmışdı. Siyasətçi onların telefon danışıqlarının necə getdiyindən də bəhs edib - onun sözlərinə görə, bunlar nəzakətli tonda uzun söhbətlərdir.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Şolts ilə ünsiyyətə açıqdır.