BAKI, 26 may - Sputnik. Bakı Narkoloji Mərkəzindən müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır.
Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
"Bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaq" - Səhiyyə Nazirliyinin açıqlamasında qeyd edilib.