CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Resort hotellərə ulduz kateqoriyası necə müəyyən edilir? CƏDVƏL

Daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük dərəcəsi təyin edilir.
Sputnik
BAKI, 26 may — Sputnik. Resort mehmanxana olaraq fəaliyyət göstərən mehmanxanalara ulduz kateqoriyası minimum 3 ulduz dərəcəsindən başlayaraq müəyyən edilir.
Bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiqlədiyi "Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları"nda öz əksini tapıb.
Qeyd olunub ki, müvafiq ulduz dərəcəsinin təyin edilməsi üçün mehmanxana həmin ulduz dərəcəsi üzrə minimal bal toplamalı və məcburi meyarlar üzrə bütün tələblərə uyğun olmalıdır.
Daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir.
Ulduz dərəcəsi və superior dərəcəsinin təyin edilməsi üçün bal tələbi aşağıdakı cədvəldə göstərilib:
https://apa.az/az/turizm/rezort-hotellere-ulduz-kateqoriyasi-minimum-3-den-baslayaraq-mueyyen-edilir-767253