BAKI, 26 may — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə iraqlı həmkarı Fuad Hüseyn arasında telefon danışığı baş tutub. Bu barədə IRNA agentliyi məlumat yayıb.
Nazirlərin telefon danışığı zamanı İran XİN rəhbəri iki ölkə arasında bank sahəsində əməkdaşlığın maksimum dərəcədə gücləndirilməsinə çağırış edib.
Xarici işlər nazirləri həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin icrası, İraqın İran qazını aldığı qaz kəmərinin gücləndirilməsinin zəruriliyi, regional əməkdaşlıq və digər məsələləri də müzakirə ediblər.