BAKI, 26 may — Sputnik. Rusiya Federasiyasının aktivlərinə hücum edən Britaniya və digər ölkələr heç bir şərt olmadan onları dərhal dayandırmağa borcludurlar. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bildirib.
Peskov deyib ki, əks halda, onlar həm öz daxili qanunvericiliklərinin, həm də beynəlxalq hüququn bütün norma və qaydalarını pozmuş olurlar.
Xatırladaq ki, "The Guardian" yazıb ki, Moskva Ukraynaya dəymiş ziyana görə kompensasiya ödəməyə razı olana qədər Böyük Britaniya Rusiya Federasiyasının dondurulmuş dövlət aktivlərini geri qaytarmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.