BAKI, 26 may — Sputnik. Belarus və Rusiya çox düşmən mühitdədir və bu, bizdən hərbi sahədə əlaqələri daha da inkişaf etdirməyi tələb edir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Belarus da bizim kimi düşmənlə əhatə olunub. Bütün bunlar bizdən müttəfiqlik münasibətlərimizi daha da inkişaf etdirməyi, müxtəlif sahələri nəzərdə tutan əlaqələri gücləndirməyi, o cümlədən hərbi sahədə əlaqələrimizin daha da inkişaf etdirilməsini tələb edir", - deyə Peskov bildirib.
Xatırladaq ki, mayın 25-də Rusiya müdafiə naziri Sergey Şoyqu və belaruslu həmkarı Viktor Xrenin qeyri-strateji nüvə silahlarının məzmununu müəyyən edən sənədlər imzalayıblar.
V.Xrenin qeyd edib ki, Minsk Moskva ilə hərbi sahədə strateji müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.